Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın ...
12:40 16.09.2026
0
0
0
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin əhalisinin ümumi sayı 180 milyon nəfərdir.
"Şərq qapısı" xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev Bakıda keçirilən TDT-nin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransında çıxışı zamanı deyib.
Baş katib bildirib ki, bu göstərici TDT məkanının iqtisadi potensialının miqyasını nümayiş etdirir.
“Əhalimiz 180 milyon nəfərdir. Bu, bizim iqtisadi potensialımızın miqyasını göstərir. Eyni zamanda, bu rəqəm həmin potensialı ümumi rifaha çevirmək məsuliyyətimizi də xatırladır”, – deyə K.Ömüralıyev vurğulayıb.
O qeyd edib ki, TDT məkanının iqtisadi potensialının miqyası həmin potensialın üzv dövlətlər arasında ümumi rifaha çevrilməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini artırır.
Digər xəbərlər