NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Çempionlar Liqası: “Fənərbağça” “Feyenoord”u darmadağın edərək, pley-off mərhələsinə vəsiqə qazanıb

...

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

“Şərq qapısı” xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Niderlandın “Feyenoord” klubunu qəbul edib. İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan meydan sahibləri məğlubiyyətin əvəzini çıxa bilib. Rotterdam təmsilçisinə 5:2 hesabı ilə qalib gələn “Fənərbağça” adını pley-off mərhələsinə yazdırıb. Türkiyə klubunun heyətində qolları Arçi Braun, Con Duran, Fred, Yussuf En-Nesiri və Anderson Taliska vurublar.

“Fənərbağça” növbəti raundda "Benfika" - "Nitsa" cütünün qalibi ilə qarşılaşacaq.

Nəşr edilib : 13.08.2025 00:04