NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Dövlət Komitəsində kollegiya iclası: məruzələri dinlənilib, rəy və təkliflər səsləndirilib

...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Dövlət Komitəsindən “Şərq qapısı”na bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf yolunda olduğunu, bölgəmizdə sülh və əmin-amanlıq üçün zəruri addımlar atıldığını qeyd edən Komitə sədri Rövşən Rzayev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə böyük həvəslə qayıtdıqlarını bildirib. Kollegiya iclasında "Qaynar xətt" xidmətinin fəaliyyəti, proqram təminatının təkmilləşdirilməsi və peşəkarlığın artırılması, 2026-cı ilin dövlət büdcəsindən Komitəyə ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli və şəffaf istifadəsi və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, rəy və təkliflər səsləndirilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır. Kollegiyada müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Nəşr edilib : 04.05.2026 18:57