NAXÇIVAN :

02 May 2026, Şənbə

Faşizm üzərində Qələbə Günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq

...

Bu il Faşizm üzərində Qələbə Günü (mayın 9-u) ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.

"Şərq qapısı" xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Mayın 10-u bazar gününə təsadüf etdiyinə görə, 11 may qeyri-iş günü olacaq.

Beləliklə, bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq.

Nəşr edilib : 30.04.2026 08:50