NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Gürcüstan Azərbaycan və Ermənistanla üçtərəfli əməkdaşlığın davamına ümid edir

...

Ümid edirəm ki, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq davam etdiriləcək və bu, hər üç ölkəyə və bütövlükdə bölgəyə əhəmiyyətli nəticələr gətirəcək.

"Şərq qapısı" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

O, bu il Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müavinləri arasında ilk üçtərəfli görüşün keçirildiyini xatırladıb.

Nazir qeyd edib ki, görüşün məqsədi region ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymaq olub.

Qeyd edək ki, XİN başçıları müavinlərinin Tbilisidəki ilk üçtərəfli görüşü bu ilin aprelin 17-də baş tutub.

Nəşr edilib : 14.11.2025 12:46