“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl e...
18:28 17.04.2026
0
0
0
NAXÇIVAN :
17 Aprel 2026, Cümə
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya – hüquqlarımızın və azadlıqlarımızın təminatıdır” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimi giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova çıxış edərək bildirib ki, bu il Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 ili tamam olur ki, bu da dövlətimizin hüquqi əsaslarının möhkəmliyini və vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin edən qanuni bazanın gücünü göstərir. O vurğulayıb ki, Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatıdır. Hər bir insan öz hüquqlarını bilməli və onlardan düzgün istifadə etməklə həm şəxsi, həm də cəmiyyətin inkişafına töhfə verməlidir.
M.Bağırova qeyd edib ki, gənc nəslin hüquqi biliklərinin artırılması və onlarda vətəndaşlıq məsuliyyətinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Məktəblərdə keçirilən bu kimi təlimlər şagirdlərin hüquq mədəniyyətinin inkişafına mühüm töhfə verir və onların gələcəkdə qanunlara hörmət edən vətəndaş kimi formalaşmasına xidmət edir. Uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Sonra məktəbin direktoru Tahirə Qasımova çıxış edərək təlimin təşkilatçılarına minnətdarlığını bildirmiş və bu cür təlimlərin keçirilməsinin şagirdlərin şəxsiyyət kimi formalaşmasına, vətəndaşlıq şüurunun inkişafına, eləcə də öz hüquq və vəzifələrinin öyrənilməsinə mühüm töhfə olduğunu qeyd etmişdir.
Təlim diskussiya şəklində davam etmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmış və mövzu ilə bağlı maarifləndirici broşürlər paylanılmışdır.
Digər xəbərlər