NAXÇIVAN :

13 Fevral 2026, Cümə

"Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən "Ekoloji bilik" yarışının qalibləri müəyyənləşib

...

Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” devizi altında "Ekoloji bilik" yarışının finalı baş tutub.
Naxçıvan şəhəri və rayonlar üzrə keçirilən yarışlarda qalib olan 8 komandanın mübarizəsində Culfa rayon Camaldın kənd tam orta məktəbinin “Təbiətin keşikçiləri” komandası ən yüksək nəticəni göstərərək 1-ci yerin, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin "Şuşa" komandası 2-ci yerin, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin "Araz" komandası isə 3-cü yerin qalibi olub. 
Yarışın sonunda qalib komandalara və üzvlərinə kubok, fəxri fərman və diplomlar verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumtəhsil müəssisələrinin V-VIII sinif şagirdləri arasında təşkil olunan yarışın keçirilməsində məqsəd şagirdlərin ekoloji biliklərini artırmaq, ətraf mühitə həssaslıq və məsuliyyət hissini gücləndirməkdir.

Nəşr edilib : 23.12.2025 20:54