Ombudsman: Ermənistanın hərbi təcavüzü beynəlxalq ...
18:00 26.06.2025
0
0
0
Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində fəaliyyət göstərən Bənəniyar kənd uşaq musiqi məktəbində Azərbaycan bəstəkarlarının yubileyinə həsr olunmuş “Bəstəkar ömrü” adlı intellektual oyun keçirilib.
İntellektual yarışma məktəblilərin intellektual səviyyəsini, dünyagörüşünü və zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsulların tətbiq olunması məqsədi daşıyıb.
Bənəniyar kənd uşaq musiqi məktəbinin direktoru Nazil Qulusoy qalibləri təbrik edərək onlara növbəti tədris ilində uğurlar arzulayıb. I yerin qalibi İlqar Fətullayev, II yerin qalibi Səid Həsənli, III yerin qalibi Natiq Quliyev olmuşdur. Yarışmanın qalib iştirakçılarına diplomlar təqdim edilib.
Qeyd edək ki, intellektual yarışma Nəzəri fənnlər şöbəsinin müdiri Lətafət Həsənovanın təşkilatçılığı ilə keçirilib.
Digər xəbərlər