NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Makron: Sülh sazişinin tezliklə imzalanması region ölkələri üçün yeni bir səhifə açır

...

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bilər.
"Şərq qapısı"nın məlumatına görə, o, bu barədə Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün nəticələrinə dair X sosial şəbəkəsindəki hesabında yazıb.
Makronun sözlərinə görə, görüş zamanı o, Ermənistanın Azərbaycanla sülhə nail olmaq səylərinə dəstəyini ifadə edib: "Ermənistan və Azərbaycan arasında sülh sazişinin qısa müddətdə imzalanması regionun və onun hüdudlarından kənarda olan bütün ölkələr və xalqlar üçün yeni bir səhifə açmağa imkan verər".

Nəşr edilib : 14.07.2025 23:19