Naxçıvanda 60 yaşdan yuxarı müəllimlər sertifikasi...
21:41 04.05.2026
0
0
0
NAXÇIVAN :
04 May 2026, Bazar ertəsi
Misir televiziyasının “İkinci kanal”ında yayımlanan “Cusur” (Körpülər) verilişində Azərbaycanın strateji coğrafi mövqeyi və beynəlxalq platformalarda artan rolu barədə danışılıb.
“Şərq qapısı” xəbər verir ki, verilişdə 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) barədə ətraflı məlumat verilib, tədbirin əhəmiyyəti və mahiyyəti vurğulanıb. Bildirilib ki, forum şəhərsalma sahəsində qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma hesab olunur.
Verilişin qonağı olan Azərbaycanın Qahirədəki səfiri Elxan Poluxov ölkəmizin BMT xətti ilə keçirilən və miqyasına görə COP-dan sonra ikinci ən böyük tədbiri qəbul edəcəyini vurğulayıb. Bununla Azərbaycanın postsovet məkanında həm COP, həm də WUF kimi qlobal tədbirlərə ev sahibliyi edən ilk ölkə olduğu diqqətə çatdırılıb.
Materialda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə qazandığı təcrübədən də bəhs olunub. İnkişaf etməkdə olan ölkələrin də yüksək səviyyəli beynəlxalq tədbirlər təşkil edərək qlobal problemlərin həllinə töhfə verə bildiyi qeyd edilib.
Süjetdə bütün ölkələrin Bakı şəhərində keçiriləcək WUF13 forumuna dəvət olunduğu bildirilib, həmçinin bu tədbirin təşkilində Misir təcrübəsindən istifadə edildiyi vurğulanıb.
Bununla yanaşı, Azərbaycan ilə Misir arasında münasibətlərin yüksək səviyyədə olduğu, qarşılıqlı ali səviyyəli səfərlərin həyata keçirildiyi və əməkdaşlığın gələcək inkişafı üçün geniş imkanların mövcudluğu diqqətə çatdırılıb. Xüsusilə iqtisadi əlaqələrin inkişafının vacibliyi qeyd olunub.
Digər xəbərlər