Nazirlər Kabineti elektron ticarətlə məşğul olan x...
16:59 14.09.2026
0
0
0
Müəllimlərin geyimi ilə bağlı müəyyən dəyişikliklər olunub və yaxın günlərdə bu barədə ətraflı məlumat veriləcək.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında söyləyib. Nazir vurğulayıb ki, söhbət müəllimlər üçün vahid geyim formasının tətbiqindən deyil, etik və peşəkar geyim tələblərindən gedir: “Burada söhbət vahid geyimdən yox, geyim tələbindən gedir. Müəllim müəyyən qaydalara riayət etməlidir”.
Emin Əmrullayev bildirib ki, yeni geyim tələbləri və qaydaları ilə bağlı yaxın günlərdə ictimaiyyətə geniş məlumat təqdim olunacaq.
Digər xəbərlər