Naxçıvan Regional DOST Mərkəzində sosial ödəniş ka...
16:52 14.09.2026
0
0
0
SABAH proqramı 19 universitetdə 46 ixtisası əhatə edir, həmçinin SABAH tədrisəsaslı doktorantura ilk dəfə başlayır.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, SABAH proqramının tətbiq edildiyi ali təhsil müəssisələrinin sayı 2025–2026-cı tədris ilindəki 13-dən 2026–2027-ci tədris ilində 19-a çatdırılıb. Əhatə olunan ixtisasların sayı 33-dən 46-ya yüksəlib, tələbə kvotası isə 2 min 484-dən 2 min 620-yə artırılıb.
Emin Əmrullayev qeyd edib ki, 2026–2027-ci tədris ilindən etibarən ölkədə ilk dəfə SABAH tədrisəsaslı doktorantura modeli tətbiq olunacaq. Yeni model çərçivəsində doktorantlara ali məktəblərdə elmi-pedaqoji fəaliyyət imkanı yaratmaqla yanaşı, onlara yüksək məbləğdə təqaüdün verilməsi də nəzərdə tutulub.
Digər xəbərlər