Qədim Ordubad İCESCO-nun İslam Dünyası İrsinin İlk...
22:07 12.02.2026
0
0
1
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konsert proqramı ilə Şərur Rayon Mədəniyyət Sarayında çıxış edib. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konsert orkestrin dirijoru və bədii rəhbəri, Prezident mükafatçısı Elvin Əliyarovun rəhbərliyi ilə təqdim olunub.
Estrada orkestrinin müşayiətilə Azərbaycan Respublikasının Əməkdar artistləri–Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Mübariz Əsgərov, Prezident mükafatçısı İlkin Abdullayevlə yanaşı, Emin Hüseynov, Əfsanə Babayevanın ifalarında “Dahi”, “Reyhan”, “Qalib sərkərdə”, “Qaytar eşqimi”, “Ey Vətən” və digər musiqi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Digər xəbərlər