Cevdet Yılmaz: Azərbaycanla qardaşlıq və müttəfiql...
18:09 20.05.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının əməkdaşı ilə birgə Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov giriş sözü ilə açaraq mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu – ilk Konstitusiya qəbul olunmuşdur.
Həmçinin Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının əməkdaşı Həsən Həsənov, Naxçıvan Dövlət Universitetinin əməkdaşları Əziz Qasımov və Zamin Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Sonda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Dövlətin əsasları" filmi nümayiş olunub.
Digər xəbərlər