NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Naxçıvan Musiqi Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə Naxçıvan Musiqi Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Əsas q
Qanunu – ilk Konstitusiya qəbul olunmuşdu.
Həmçinin Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının əməkdaşı Nuranə Kərimova, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Təbrizə Bağırova və YAP-ın Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli mövzu ilə bağlı çıxış ediblər.
Sonda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Musiqi Kolleci tərəfindən hazırlanmış musiqi nömrələri və rəsim sərgisi nümayiş olunub.

Nəşr edilib : 06.11.2025 17:28