Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun ...
20:06 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Bakı Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş və ölkənin müxtəlif bölgələrindən olan 3 mindən çox fəal gənci bir araya gətirən Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib.
Tədbirdə Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov, Naxçıvanda fəaliyyət göstərən könüllü gənclər, o cümlədən “Şərq qapısı” qəzetinin əməkdaşı Elnurə Cəfərova da iştirak edib.
Forum Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi və “ASAN xidmət” mərkəzinin tərəfdaşlığı ilə baş tutub.
Forumun rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov könüllülərin fəaliyyəti ilə bağlı fikirlərini bildirib.
Könüllülük hərəkatının ölkədə daha da genişlənməsi, gənclərin sosial məsuliyyətinin artırılması və onların cəmiyyətin inkişafında fəal iştirakına dəstək vermək məqsədilə keçirilən forumda karyera imkanlarını genişləndirən müxtəlif sərgilər təşkil olunub.
Tədbir çərçivəsində gənclərin könüllülük fəaliyyətində fərqlənmələrini qiymətləndirmək məqsədilə 2025-ci il üzrə “İlin könüllüsü” mükafatı gənclərə təqdim edilib. Naxçıvandan olan bir sıra fəal gənclər də “İlin könüllüsü” mükafatına və xüsusi fərqlənmə diplomuna layiq görülüblər.
Sonda forum iştirakçılarının xatirə fotosu çəkilib.
Digər xəbərlər