Paşinyan Aİ səfirləri ilə Azərbaycanla sülh proses...
20:51 21.05.2025
0
0
0
Naxçıvan şəhərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC-nin əsas tərədaşlığı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC və "Şərq qapısı" qəzetinin media tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilir.
"Şərq qapısı" xəbər verir ki, tədbir açılış nitqləri və panel müzakirələrlə davam edir.
Qeyd edək ki, konfransın təşkil edilməsində məqsəd ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən müvafiq qurum, təşkilat və şirkətlərin nümayəndələri ilə birgə kiber suverenlik mövzusunda müzakirələrin həyata keçirilməsidir. 150-dən çox iştirakçının qatıldığı konfransda dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, elmi ictimaiyyətin nümayəndələri, aparıcı İT şirkətlərin rəhbər vəzifəli şəxsləri və tanınmış yerli ekspertlər iştirak edir.
Digər xəbərlər