NAXÇIVAN :

18 May 2025, Bazar

Naxçıvanda növbəti monitorinq VI sinif şagirdləri üçün keçirilib

...

Mayın 18-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən ölkə, o cümlədən Naxçıvan Muxtar Respublikasında VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün  monitorinq təşkil olunub. 
Naxçıvanda 18 mərkəzdə təşkil olunan monitorinqdə 4600-dən artıq şagird və ümumtəhsil məktəblərində isə təhsil alan VI sinif şagirdlərinin  98,8 faizi imtahanda iştirak edib.
Monitorinqdə şagirdlərə  tədris dili və təbiət fənlərinin hər birindən 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim  olmaqla, ümumilikdə, 75 sual təqdim olunub və sualları cavablandırmaq üçün 180 dəqiqə vaxt ayrılıb. 
Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdir.

Nəşr edilib : 18.05.2025 13:33