Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun ...
20:06 19.04.2026
0
0
0
Ordubad Texniki Peşə və Sürücülük Məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” devizi altında ekoloji bilik yarışı keçirilib.
Yarışda Ordubad rayon ümumi təhsil müəssisələrini təmsil edən 8 komanda mübarizə aparıb. Ordubad şəhər 3 nömrəli tam orta məktəbin “Uğur” komandası ən yüksək nəticəni göstərərək 1-ci yerin qalibi olub və yarışın Əsasnaməsinə uyğun olaraq final mərhələsinə adlayıb.
Qeyd edək ki, Naxçıvan şəhəri və rayonlar üzrə keçirilən yarışlarda qalib olan komandalar yekunda Naxçıvan Muxtar Respublikası üzrə final mərhələsində biliklərini sınayacaqlar.
Yarışlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin V-VIII sinif şagirdləri arasında təşkil olunur və şagirdlərin ekoloji biliklərini artırmaq, ətraf mühitə həssaslıq və məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.
Yarışların sonunda qalib komandaların kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulur.
Digər xəbərlər