Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə regi...
00:48 16.09.2026
0
0
0
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial media hesabında yazıb.
"Strateji tərəfdaşlıq çərçivəsində dinamik inkişaf edən Azərbaycan–BƏƏ ikitərəfli münasibətlərini nəzərdən keçirdik, həmçinin regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi apardıq.
Regional orta güclər kimi Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verərək müsbət və konstruktiv rol oynayırlar", - deyə o əlavə edib.
Digər xəbərlər