Məcnun Məmmədov: Azərbaycanda akvakulturanın iqtis...
16:21 15.01.2026
0
0
0
Azərbaycan illərdir ki, istər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, istər dünyanın QİÇS-lə mübarizə istiqamətində aparıcı təşkilatı olan Qlobal Fondun ən aktiv üzvü olaraq sıx əməkdaşlıq çərçivəsində öz təcrübəsini regional ölkələrlə bölür. Azərbaycan illərlə region ölkələrinə bir nümunə olub. Görülən işlərin bəhrəsidir ki, QİÇS-lə bağlı epidemioloji vəziyyət başqa ölkələrdən fərqli olaraq daha yaxşıdır.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
"Hər il istər Milli Məclisdə büdcə müzakirəsi, istər hesabatlar zamanı səhiyyə sahəsindəki həm uğurlar, həm də problemləri qanunvericilik prizmasından qaldırmağa çalışırıq. Hər kəsə maraqlıdır ki, icbari tibbi sığortanın icrası ilə bağlı həyata keçirilən dövlət proqramlarının taleyi necə olacaq? Səhiyyə sahəsində həyata keçirilən 14 dövlət proqramından 8-i icbari tibbi sığortanın məhz xidmətlər zərfi çərçivəsində maliyyələşdiriləcək. Bunu Səhiyyə Komitəsinin üzvləri ilə davamlı olaraq qaldırırdıq ki, mütləq addım-addım bu islahatlar həyata keçirilsin. Bundan sonra da bu cür islahatlar davam edəcək. Uğurlu layihələrin tətbiqinin davamlılığı bizim üçün çox önəmlidir", - deyə S.Məmmədov bildirib.
Digər xəbərlər