Azərbaycan Respublikası Prezidentinin Fərmanı
15:13 15.01.2026
0
0
0
Zamanın tələbinə cavab verən keyfiyyətli tibb xidmətlərinin göstərilməsi orta tibb işçilərinin fəaliyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Ölkəmizdə yüksəkixtisaslı orta tibb personalının hazırlanmasında 2 nömrəli Bakı Baza Tibb Kolleci önəmli yer tutur.
"Şərq qapısı" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tibb bacısı və mamalıq sahələri üzrə I beynəlxalq elmi-praktik konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu gün Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin tədris proqramları beynəlxalq standartlara uyğun mütəmadi şəkildə yenilənir. Kollec ölkəmizdəki digər tibb kolleclərinə metodik dəstək göstərir.
“Bu gün bu qabaqcıl tibb təhsili ocağının qarşısında ölkə səhiyyəsi üçün savadlı, bacarıqlı, dünya təbabətinin yeniliklərindən xəbərdar olan, yüksəkixtisaslı orta tibb mütəxəssisləri hazırlamaq vəzifəsi dayanır. Əminəm ki, kollecin müəllim kollektivi bundan sonra da əzmlə çalışacaq, şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcək", - deyə o əlavə edib.
Digər xəbərlər