Naxçıvan kitab sərgisi şair, yazıçı, publisist Aqş...
17:10 10.05.2026
0
0
0
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 329, 675 və 700-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 3-nə təyin edilmiş iclasında baxılacaq.
Digər xəbərlər