NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

III MDB Oyunları: Azərbaycan medal sıralamasında 4-cü pillədə qərarlaşıb

...

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında 4-cü pillədə qərarlaşıb.
"Şərq qapısı" xəbər verir ki, hazırda idmançılarımızın aktivində 3 bürünc, 1 gümüş medal var.
Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmə) gümüş, Mehri Əbdürəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmə), Yeqor Maynitiskiy (200 metr məsafəyə fərdi qarışıq) və Cavid Həsənov/Cəmilə Paşayeva cütü (dairəvi stend qarışıq) bürünc medal qazanıb.
Siyahıya Rusiya (9 qızıl, 2 gümüş, 2 bürünc) başçılıq edir. Belarus (1 qızıl, 4 gümüş, 3 bürünc) ikinci, Qazaxıstan (3 gümüş, 2 bürünc) üçüncüdür.
İndiyə qədər 4 ölkə təmsilçiləri medal qazanıblar.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Nəşr edilib : 28.09.2025 22:41