NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Məsud Pezeşkian: Əgər İran indiyə qədər ayaqda qala bilibsə, buna görə xalqa borcludur

...

İran Prezidenti Məsud Pezeşkian xalqının düşmənlərin təzyiqlərinə müqavimət göstərdiyini və ölkəsinin müasir tarixin ən çətin vəziyyətinin öhdəsindən gəldiyini bildirib.

"Şərq qapısı" “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, İran lideri xalqına təşəkkür edib.

“Əgər İran indiyə qədər ayaqda qala bilibsə, buna görə xalqa borcludur", — deyə o qeyd edib.

Prezident düşmənin İran xalqını etirazlara təhrik etməyə çalışdığını, lakin İran hökumətinin xalqı məyus etməməkdə qərarlı olduğunu vurğulayıb: "Əgər biz xalqın yanında dayansaq, heç bir qüvvə bizi diz çökdürə bilməz”.

Nəşr edilib : 06.08.2026 00:48